“Fiorentina” son 10 ilin ən yaxşı mövsümünü keçirib
26.05.2025 - 08:54
“Fiorentina” son 10 ilin ən yaxşı mövsümünü keçirib

İtaliya çempionatında son turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, A Seriyasında çempion müəyyənləşdiyi halda, "Fiorentina"nın mövqeyi "Udineze"ni səfərdə 3:2 hesabı ilə məğlub etdikdən sonra bəlli olub.

Florensiya klubu İtaliya çempionatının turnir cədvəlində altıncı pilləyə yüksəlib. 65 xalı olan "Fiorentina" 2013/2014 mövsümündən bəri ən yaxşı nəticəni əldə edib.

Qeyd edək ki, İtaliya çempionatında "Napoli" "İnter"i 1 xal qabaqlayaraq titulun sahibi olub.