Fransa klubu ingiltərəli baş məşqçi ilə danışıqlara başlayıb
05.01.2026 - 15:38
Fransa klubu ingiltərəli baş məşqçi ilə danışıqlara başlayıb

İngiltərəli baş məşqçi Qari O’Nill karyerasını Fransada davam etdirə bilər.

Apasport.az “The Athletic”ə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqavilə bağlamaqda maraqlı olan klub “Strasburq”dur və tərəflər artıq ilkin danışıqlara başlayıblar.

Bu addım Fransa klubunun hazırkı baş məşqçisi Liam Rozenyorun “Çelsi”yə mümkün keçidi ilə bağlıdır.

“Strasburq” cari mövsümdə Liqa 1-də 17 turdan sonra 24 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.