Fransa millisi DÇ-2022-nin final oyunu öncəsi daha bir çətinliklə üzləşib.
Apasport.az saytının məlumatına görə, yığmanın iki futbolçusu xəstələnib.
Bunlar Rafael Varan və İbrahima Konatedir. Hər iki oyunçu soyuqdəymədən əziyyət çəkir.
Onların ciddi narahatçılığı olmasa da, həkimlər müdafiəçiləri nəzarətdə saxlayır. Teo Ernendesdə də xəstəlik sindromları hiss olunur. Yarımfinal öncəsi xəstələnən üç oyunçudan ikisi - Adrian Rabio və Dayot Upamekanonun vəziyyəti isə nisbətən sabitləşib. Kinqsli Koman isə son məşqi də buraxmalı olub.
Qeyd edək ki, DÇ-2022-nin final oyunu dekabrın 18-də keçiriləcək. Fransa bu görüşdə Argentina ilə qarşılaşacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı