Fransada “Qalatasaray”a böyük maraq: Stadion tam dolacaq
03.12.2025 - 17:06
Fransada “Qalatasaray”a böyük maraq: Stadion tam dolacaq

Fransa təmsilçisi “Monako” Çempionlar Liqasının növbəti turunda “Qalatasaray”la oynayacaqları qarşılaşma üçün bütün biletlərin satıldığını açıqlayıb.

Apasport.az xəbər verir ki, matç üçün ayrılan bütün sektorlar artıq dolub və rəsmi satış kanallarında bilet mövcud deyil.

Beləliklə, oyun tam dolu tribunalar önündə baş tutacaq.

“Monako”nun ev oyunlarını keçirdiyi "Stade Louis II" stadionunun tutumu 16.360 nəfərdir.

Qeyd edək ki, “Monako” – “Qalatasaray” qarşılaşması 9 dekabr 2025-ci il tarixində, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.