İngiltərənin "Fulhem" klubu baş məşqçi postuna Alvaro Arbeloanı gətirib.
Apasport.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan 3 illik müqavilə imzalanıb.
Arbeloa son olaraq Madrid "Real"ının baş məşqçisi olub. O, bu vəzifədən cari ilin iyununda ayrılıb. Bundan əvvəl isə uzun müddət "kral klubu"nun akademiyasında və "Kastilya" komandasında çalışıb.
Qeyd edək ki, Alvaro Arbeloa futbolçu karyerası ərzində "Saraqosa", "Deportivo", "Liverpul", Madrid "Real"ı və "Vest Hem"in formasını geyinib.
İspaniya millisinin heyətində 56 oyuna çıxan sabiq müdafiəçi 2010-cu il dünya çempionu, 2008 və 2012-ci illərdə isə Avropa çempionu olub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI