"Futbol mərcləri"ndə yeni həbslər: Erden Timur da saxlanıldı - YENİLƏNİB
26.12.2025 - 11:19
"Futbol mərcləri"ndə yeni həbslər: Erden Timur da saxlanıldı  - YENİLƏNİB

Futbol mərcləri ilə bağlı aparılan istintaq çərçivəsində 14 futbolçu saxlanılıb. 

Apasport.az xəbər verir ki, saxlanılan futbolçuların adları açıqlanıb. 

İstintaqa əsasən, Bahattin Berke Demircan ("Beyoğlu Yeni Çarşı"), Doğukan Çınar ("Tekirdağspor"), Ergün Nazlı ("Düzcüspor"), Eyüp Can Temiz ("Niğde"), Furkan Demir ("Diyarbekirspor"), Gökhan Payal "Erbaaspor"), Hamit Bayraktar ("Bulancakspor"), Hüseyin Aybars Tüfekci ("İskenderunspor"), İbrahim Yılmaz ("Aliağa"), İlke Tankul ("Karaman"), İsmail Karakaş ("Erciyes"), Mert Aktaş ("Ankara Demirspor"), Tufan Kelleci ("Polatlı") saxlanılıb. 

“Qalatasaray” klubunun keçmiş icraçı direktoru Erden Timur, Figen Özkaya, keçmiş polis əməkdaşı Emrah Günaydı, restoran müdiri Burak Söyleyen, “Eyüpspor” klubunun vitse-prezidenti Fatih Kulaksız, Ecem Alkaş, Esat Bilayak, Mirza Şerifoğlu, Hakan Çakır, Serhat Ölmez, Umut Esel, TFF-nin Xarici Əlaqələr və Milli Komandalar üzrə İnzibati direktoru Buğra Cem İmamoğlulları və Burcu Kurt da həbs olunanlar arasındadır.

Şübhəlilərdən Enes Bartanın artıq başqa bir cinayətə görə həbsdə olduğu bildirilib.

***

09:53

Futbol mərcləri ilə bağlı aparılan istintaq çərçivəsində daha 29 nəfər barəsində həbs qərarı verilib.

Apasport.az xəbər verir ki, şübhəlilər arasında 14 futbolçu da yer alır. Həbs qərarı çıxarılan şəxslərdən biri də “Qalatasaray” klubunun keçmiş icraçı direktoru Erden Timurdur.

Məlumata görə, Erden Timur da daxil olmaqla ümumilikdə 24 şübhəli saxlanılıb. Bir nəfərin başqa cinayət işi üzrə artıq həbsdə olduğu müəyyən edilib, qalan dörd şübhəlinin tutulması istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İstintaq materiallarında altı şübhəlinin “Kasımpaşa” – “Samsunspor” matçının nəticəsinə təsir göstərməyə cəhd etməkdə ittiham olunduğu bildirilir.