“Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
08.09.2026 - 11:31
“Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”

“Göztepe”nin qapıçısı Luka Quqeşaşvili Türkiyə Super Liqasının IV turunda “Qaziantepspor”a 2:4 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərə sərt müraciət edib.

Apasport.az xəbər verir ki, gürcüstanlı qolkiper sosial şəbəkə hesabında paylaşım edərək bəzi azarkeşlərin davranışını tənqid edib:

“Bu gün etdiyiniz azarkeşlik deyil. Əlbəttə, bu klubu həqiqətən sevən və hər şəraitdə komandasının yanında olan əsl ‘Göztepe’ azarkeşləri də var. Onlara sonsuz hörmətim və sevgim var.

‘Göztepe’yə gəldiyim ilk gündən bu klubun emblemini və adını qoruyub müdafiə etmədiyim bir gün belə olmayıb. Gürcüstanda, Türkiyədə, evdə, küçədə və meydanda. Hər yerdə ‘Göztepe’ni qürurla təmsil etmişəm.

Klaviatura arxasında gizlənib oradan danışanlara isə yalnız bir sözüm var: Həyat uzundur, dünya kiçikdir. Bir gün mütləq küçədə və ya başqa bir yerdə qarşılaşacağıq”.