Harri Keyn: “Hamımız çox məyusuq”
16.07.2026 - 01:30
İngiltərə millisinin kapitanı Harri Keyn DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyətdən sonra danışıb.
Apasport.az xəbər verir ki, təcrübəli hücumçu nəticəyə görə məyusluğunu gizlətməyib.
“Çox məyusam. Komandam, azarkeşlərimiz və məşqçilər korpusu adından da deyə bilərəm - hamımız çox kədərliyik. Vurduğumuz qoldan sonra çox geriyə çəkildik. Nəticədə bunlar baş verdi. Xalqımızdan üzr istəyirəm”, – deyə Keyn bildirib.
Qeyd edək ki, İngiltərə bu məğlubiyyətlə dünya çempionatında mübarizəni dayandırıb. Argentina isə finala yüksəlib.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0