Hücumçu üçün 100 milyonluq tələb
28.11.2022 - 22:17
“Mançester Yunayted” “Napoli”nin hücumçusu Viktor Osimxendən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu transferin qışda reallaşmasında israrlıdır.
Neapollular aparıcı qolçusunun gedişindən 100 milyon avro qazanc götürmək niyyətindədir. Ancaq “qırmızı şeytanlar” bir hücumçu üçün bu qədər pul verməyə hazır deyil. Bu üzdən Premyer Liqa təmsilçisi məbləği aşağı salmaq üçün danışıqları davam etdirir.
Qeyd edək ki, nigeriyalı oyunçunun “Napoli” ilə müqaviləsi mövsümün sonuna qədərdir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0