İkardinin “Qalatasaray”dakı gələcəyi bəlli oldu
08.08.2025 - 10:15
İkardinin “Qalatasaray”dakı gələcəyi bəlli oldu

“Qalatasaray” Mauro İkardinin gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, ötən mövsümü zədə səbəbindən buraxan 32 yaşlı hücumçu komandada qalacaq.

İstanbul təmsilçisi, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq forvardla əlavə iki illik yeni sözləşmə imzalamaq niyyətindədir.

“Qalatasaray” rəhbərliyi İkardiyə illik 6 milyon avro məbləğində hazırkı maaşını təklif etməyi planlaşdırır.

“Cimbom” argentinalı futbolçunu komanda üçün çox vacib oyunçu hesab edir və müqavilənin tezliklə rəsmiləşməsini istəyir.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ildən “Qalatasaray”ın formasını geyinir.