İlin ən yaxşı baş məşqçisi adına namizədlər bəlli olub
07.08.2025 - 16:33

"France Football" nəşrinin təsis etdiyi və ilin ən yaxşı baş məşqçisinə təqdim olunan "Yohan Kroyf" mükafatına namizədlərin siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıda beş məşqçiyə yer verilib:
Antonio Konte – "Napoli" (İtaliya)
Luis Enrike – PSJ (Fransa)
Hans-Diter Flik – "Barselona" (İspaniya)
Enzo Mareska – "Çelsi" (İngiltərə)
Arne Slot – "Liverpul" (İngiltərə)
Qeyd edək ki, qalib sentyabrın 22-də keçiriləcək “Qızıl top” təqdimetmə mərasimində elan olunacaq.
0
0