İngiltərə millisinin üzvü daha 5 il “Arsenal”da - RƏSMİ
27.06.2025 - 11:22

İngiltərə Premyer Liqası komandalarından "Arsenal" futbolçusu ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, London təmsilçisi Maylz Lyuis-Skellinin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı sol cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0