"İnter"in forvardı ÇL matçında iştirak etməyəcək
20.10.2025 - 15:22
"İnter"in forvardı ÇL matçında iştirak etməyəcək

"İnter"in forvardı Markus Türam Çempionlar Liqasının 3-cü turunu buraxacaq.

Apasport.az "Tuttosport"a istinadn xəbər verir ki, fransız hücumçu zədəsini bərpa etmə prosesini davam etdirir.

Bud əzələsindəki problemə görə son üç oyunda da meydana çıxa bilməyən Türam Çempionlar Liqasında "Union"a qarşı görüşdə oynamayacaq.

Onun oktyabrın 25-də “Napoli” ilə matçda meydanda olacağını ehtimal edir.