İrfan Can Eğribayat "Fənərbaxça"dan ayrıldı – Yeni klubu açıqlandı
14.08.2026 - 00:20
İrfan Can Eğribayat "Fənərbaxça"dan ayrıldı – Yeni klubu açıqlandı

"Fənərbaxça" qapıçısı İrfan Can Eğribayatla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı qolkiperin transferi ilə bağlı "Gənclərbirliyi" ilə razılığa gəldiyini rəsmən açıqlayıb.

"Fənərbaxça" 2022/23 mövsümündən komandanın formasını geyinən futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

İrfan Can Eğribayat 2022-ci ildə "Göztəpə"dən icarə əsasında "Fənərbaxça"ya qoşulmuş, daha sonra İstanbul klubu onun transfer hüquqlarını almışdı.