İspaniya-Türkiyə matçını almaniyalı hakim idarə edəcək
16.11.2025 - 14:46
İspaniya-Türkiyə matçını almaniyalı hakim idarə edəcək

DÇ-2026-nın seçmə mərhələsinin son matçında Türkiyə millisi İspaniyanın qonağı olacaq. 

Apasport.az xəbər verir ki, qarşılaşmanı almaniyalı hakimlər briqadası idarə edəcək. 

Matçın start fitini Feliks Zvayer səsləndirəcək. Ona Robert Kempter və Kristian Dits kömək edəcək.

Matçın dördüncü hakimi Sven Yablonski olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 18-i saat 23:45-də start götürüəcək.