İspaniyada ötən ayın ən yaxşı məşqçisi müəyyənləşib
09.11.2026 - 19:52
İspaniyada ötən ayın ən yaxşı məşqçisi müəyyənləşib

İspaniya La Liqasında oktyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, "Real"ı çalışdıran Joze Mourinyo ötən ayın ən yaxşısı adına layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssis qalib olmaq üçün sorğuda Hans Flik ("Barselona"), Pelleqrino Matarazzo ("Real Sosyedad") və Dieqo Simeoneni ("Atletiko") geridə qoyub.

Qeyd edək ki, "Real" oktyabrda ölkə çempionatında keçirdiyi üç oyunda da qələbə qazanıb.