İsveç millisinin yeni baş məşqçisi bəlli olub
20.10.2025 - 12:18
İsveç millisinin yeni baş məşqçisi bəlli olub

İsveç millisinin yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, yığmanın “sükanı” Qraham Potterə tapşırılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə razılaşmanın detalları hələlik açıqlanmayıb.

Potter bu postda bir müddət əvvəl istefaya göndərilən Yon Dal Tomassonu əvəzləyib.