İtaliya çempionu 3-cü liqaya yuvarlanıb
14.05.2025 - 10:21
İtaliya çempionu 3-cü liqaya yuvarlanıb

İtaliya B seriyası təmsilçilərindən "Sampdoriya" III Liqaya yuvarlanıb. 

Apasport.az xəbər verir ki, cəmi 2 il əvvəl A seriyasında çıxış edən komanda B Seriyasını 51 xalla 18-ci pillədə tamamlayaraq ikinci liqanı tərk edib. 

Komanda B seriyasının 38-ci turunda səfərdə “Yuve Stabia” ilə heç-heçə edib (0:0).

"Sampdoriya" tarixində ilk dəfə 3-cü liqada çıxış edəcək.

Qeyd edək ki, "Sampdoriya" 1990/1991 mövsümündə İtaliya çempionatının qalibi olub.