İtaliya millisinin baş məşqçi postuna Pep Qvardiolanın namizədliyi irəli sürülüb.
Apasport.az xəbər verir ki, bu barədə italyan insayder Canluka Di Martsio məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Paolo Maldini və onun məsləhətçisi Leonardo Nasimento de Arauxo həftəsonu Barselonada ispaniyalı mütəxəssislə görüşüblər.
Görüş zamanı Qvardiolaya İtaliya millisinə rəhbərlik etmək təklifi təqdim olunub.
54 yaşlı baş məşqçi hələlik təklifə cavab verməyib.
Buna baxmayaraq, Qvardiola hazırda Antonio Konte və Andrea Pirlo ilə yanaşı, İtaliya yığmasının baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur.