İtaliya millisinin üzvü Premyer Liqa yolunda
09.01.2026 - 19:33
İtaliya millisinin üzvü Premyer Liqa yolunda

"İnter"in yarımmüdafiəçisi Davide Frattezi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Nottingem Forest" italiyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Artıq klublar arasında danışıqlar başlayıb. "Nottingeem Forest" 26 yaşlı oyunçu üçün 35 milyon avro ödəməyə razı olsa, keçid baş tutacaq.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.