Kalabriya "Panatinaikos"da - RƏSMİ
18.08.2025 - 12:54
Kalabriya "Panatinaikos"da - RƏSMİ

"Milan"ın sabiq kapitanı David Kalabriyanın yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi "Panatinaikos"a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Kalabriya "Milan"ın yetirməsidir.