Kalvert-Lyuin “Lids” yolunda
13.08.2025 - 20:51
Kalvert-Lyuin “Lids” yolunda

Dominik Kalvert-Lyuinin taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, Premyer Liqada qalacaq.

Hücumçu "Lids Yunayted"lə anlaşıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Forvard yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Dominik Kalvert-Lyuinin son klubu "Everton" olub.