Kapitan milli ilə vidalaşdı
16.09.2026 - 09:49
Kapitan milli ilə vidalaşdı

Xames Rodriqez Kolumbiya millisindəki karyerasını bitirib.

Apasport.az xəbər verir ki, bu barədə 35 yaşlı kapitan sosial şəbəkə hesabında paylaşım edib.

O, yığmadan getdiyini açıqlayıb.

Xatırladaq ki, Rodriqez millidə 131 matçda 31 qola imza atıb. O, 2014-cü ildə keçirilən dünya çempionatının bombardiri olub.

Qeyd edək ki, hazırda ölkəsində “Atletiko Nasyonal”da çıxış edən Xames daha əvvəl “Real”, “Bavariya” və "Monako" kimi komandaların şərəfini qoruyub.