Karvaxal ərəblərin radarında
02.12.2025 - 23:12
“Real Madrid”in müdafiəçisi Dani Karvaxal karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu ilə “Əl-Nəsr” yaxından maraqlanır.
Ərəblər ispaniyalı oyunçuya bir illik müqavilə təklif ediblər.
Əgər “kral klubu” Daniyə yeni müqavilə təklif etməzsə, o, “Əl-Nəsr”lə razılığa gələ bilər. Futbolçunun “Real Madrid”lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Karvaxal 2013-cü ildə “Bayer”dən Madrid klubuna keçmişdi.
0
0