"Kayserispor" yeni baş məşqçisini açıqlayıb
12.10.2025 - 14:48
"Kayserispor" yeni baş məşqçisini açıqlayıb

türkiyə Super Liqa komandalarından olan "Kayserispor" baş məşqçi Radomir Caloviçlə anlaşıb.

Apasport.az xəbər verir ki, monteneqrolu məşqçi ilə 1,5 illik razılıq əldə olunub.

Qeyd edək ki, komanda Super Liqanın 8-ci həftəsində səfərdə "Trabzonspor"a 4:0 hesabı ilə uduzduqları qarşılaşmadan sonra baş məşqçi Markus Qisdolla yollarını ayırıb.