Kerem Demirbay "Qalatasaray"dan ayrıldı - RƏSMİ
02.07.2025 - 13:11
Kerem Demirbay "Qalatasaray"dan ayrıldı - RƏSMİ

Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray"da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Kerem Demirbay komandanı tərk edib.

Bu barədə "sarı-qırmızılılar"ın mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, 31 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü 2023-cü ildən "Qalatasaray"da çıxış edirdi. O, İstanbul təmsilçisinin heyətində iştirak etdiyi 76 rəsmi matçda 7 qol və 10 assistlə yadda qalıb.