Keynin əvəzləyicisi Almaniyadadır
13.11.2022 - 00:42
“Tottenhem” “Bavariya”nın hücumçusu Erik Çupo-Motinqə elçi düşüb.
Apasport.az saytının məlumatına görə, London klubu 33 yaşlı forvardı transfer etməkdə maraqlıdır.
Digər tərəfdən Bundesliqa çempionu da Premyer Liqa təmsilçisinin qolçusu Harri Keyni transfer etməyə çalışır. Klublar arasında razılıq əldə olunsa, “Bavariya” Keyn müqabilində qarşı tərəfə Çupo-Motinq, həmçinin pul verəcək və transferlər reallaşacaq.
Qeyd edək ki, Çoupo-Motinq Almaniyada anadan olsa da, DÇ-2022-də Kamerun millisinin formasını geyinəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0