İngiltərə Premyer Liqasının “Brentford" – “Liverpul" qarşılaşmasında qonaq komandanın hücumçusu Darvin Nunyesin fasilədə əvəzlənmə səbəbi bəlli olub.
Apasport.az xəbər verir ki, “qırmızıların” baş məşqçisi Yurgen Klopp 24 yaşlı futbolçunun ağrı hiss etdiyini deyib.
Məhz bu səbəbdən uruqvaylını oyundan çıxardıqlarını deyən mütəxəssis hər şeyin qaydasında olduğunu bildirib. Uruqvaylının səhhətində hər hansı problem olmadığını açıqlayan Klopp növbəti oyunlarda futbolçunu meydanda görə biləcəyimizi bildirib.
Qeyd edək ki, bu mövsüm 37 matçda iştirak edən Nunyes 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər