Kökçü oynadı, "Volendam" qələbə qazandı
02.03.2026 - 11:39
Kökçü oynadı, "Volendam" qələbə qazandı

Futbol üzrə Niderland çempionatında 25-ci turun matçları keçirilib.

Apasport.az xəbər verir ki, millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Qroningen"i qəbul edib. 

Matç "Volendam"ın 3:2 hesablı qələbəsilə başa çatıb.

Azərbaycan millisinin yarımmüdafiəçisi 79 dəqiqə meydanda qalıb. 

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Volendam" turnir cədvəlində 14-cü pilləyə yüksəlib.

Qeyd edək ki, Ozan Can Kökçü "Beşiktaş"ın və Türkiyə millisinin futbolçusu Orkun Kökçünün qardaşıdır.