La Liqada dekabr ayının ən yaxşı məşqçisi bəlli olub
05.01.2026 - 22:22
İspaniya La Liqasında 2025-ci ilin dekabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu mükafata "Espanyol"a rəhbərlik edən Manolo Qonsales layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssis Hans Flik ("Barselona") və Klaudio Giraldesi ("Selta") qabaqlayıb.
Qeyd edək ki, "Espanyol" dekabr ayında ölkə çempionatında 3 oyun keçirib. Komanda "Rayo Valyekano" və "Xetafe"ni 1:0, "Atletik"i isə 2:1 hesabı ilə məğlub edib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0