“Latsio”dan “Vest Hem”ə - RƏSMİ
05.01.2026 - 18:27
"Vest Hem" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Latsio"dan Valentin Kastelyanosu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi argentinalı forvard üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Latsio" Valentin Kastelyanosu 2023-cü ilin yayında "Nyu York Siti"dən transfer etmişdi. Argentina millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0