"Barselona"nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, polşalı forvard hələ bu barədə qərar vermədiyini bildirib:
“Qərar vermək üçün hələ vaxtım var. Hazırda harada oynamaq istədiyimi bilmirəm. Hələlik bu barədə düşünməyə ehtiyac yoxdur. Hansı istiqamətdə irəliləmək istədiyimi dəqiq bilmirəm, amma üzərimdə heç bir təzyiq hiss etmirəm”.
37 yaşlı futbolçunun futbolçunun “Barselona” ilə mövcud müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm Kataloniya təmsilçisinin heyətində 18 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.