Robert Levandovski ötən gün keçirilən “Barselona” – “Selta” (4:2) oyununda üç dəfə fərqlənib.
Apasport.az xəbər verir ki, “Barselona”nın 37 yaş 80 günlük forvardı XXI əsrdə La Liqada het-trik edən ən yaşlı üçüncü futbolçu olub. O, bu göstəriciyə görə yalnız Xorxe Molina (39 yaş 241 gün) və Xoakin Sançesdən (38 yaş 140 gün) geri qalıb.
Levandovski hazırkı İspaniya çempionatında bombardirlər yarışında “Atletiko”nun hücumçusu Xulian Alvareslə ikinci yeri bölüşür — hər iki futbolçunun aktivində 7 qol var. Siyahıya “Real”ın fransalı ulduzu Kilian Mbappe başçılıq edir – onun aktivində 13 dəqiq zərbə var.