"Barselona"nın hücumçusu Robert Levandovski unikal nailiyyətə imza atıb.
Apasport.az xəbər verir ki, polşalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” (1:1) ilə səfər matçında 60-cı dəqiqədə hesabı açıb.
"Opta"nın məlumatına görə, Levandovski (35 yaş 184 gün) tarixin ən nüfuzlu avrokubokunun pley-off mərhələsində “Barselona”nın heyətində ən yaşlı qol vuran futbolçu olub.
Kataloniya klubunun əvvəlki rekordçusu 2021-ci ilin martında PSJ-yə qarşı matçda 33 yaş 259 gün olarkən qol vuran Lionel Messi idi.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər