Liqa 1: “Marsel”dən inamlı qələbə
09.11.2025 - 00:19
Fransa Liqa 1-də bu gün iki qarşılaşma baş tutub.
Apasport.az xəbər verir ki, “Marsel” doğma meydanda “Brest”i 3:0 hesabı ilə məğlub edib. “Marsel” hücum xəttində tam üstün oyun sərgiləyərək rəqibinə heç bir şans verməyib.
Digər oyunda “Le Havr” və “Nant” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Beləliklə, “Marsel” qələbə sayəsində turnir cədvəlində irəliləyib, “Nant” isə bir xalla kifayətlənib.
Fransa Liqa 1
“Marsel” – “Brest” 3:0
“Le Havr” – “Nant” 1:1
0
0