"Liverpul" hücumçusunu itirdi
19.02.2024 - 10:43
"Liverpul"un hücumçusu Dioqo Jota yaxın aylarda meydana çıxa bilməyəcək.
Apasport.az “Rekord”a istinadla xəbər verir ki, portuqaliyalı Premyer Liqada şənbə günü "Brentford"a qarşı (4:3) keçirilən matçın 44-cü dəqiqəsində zədə səbəbindən əvəzlənib.
Mənbənin məlumatına görə, 27 yaşlı oyunçu dizindən zədələnib. Forvard təxminən 2 ayı buraxmalı olacaq.
Dioqo Jota bu mövsüm bütün yarışlarda 28 matçda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0