“Liverpul”da yeni müqavilə - RƏSMİ
30.06.2025 - 19:18
“Liverpul”da yeni müqavilə - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul" yeni müqavilə qeydə alınıb.

Apasport.az xəbər verir ki, Premyer Liqanın qalibi Trey Nioninin sözləşməsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, ingiltərəli oyunçu ötən mövsüm mersisaydlıların əsas komandasının heyətində 5 rəsmi matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.