"Liverpul"dan "Bayer"ə - RƏSMİ
02.07.2025 - 13:30

Almaniya Bundesliqası təmsilçilərindən "Bayer" növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda "Liverpul"un müdafiəçisi Cerel Kuansanı heyətinə qatıb.
Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı ingiltərəli ilə 5 illik müqavilə imzalanıb. "Bayer" bu keçid üçün qarşı tərəfə 35 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Kuansa "Liverpul"un yetirməsi olub. O, mersisaydlıların heyətində meydana çıxdığı 58 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0