"Vulverhempton"un sabiq baş məşqçisi Xulen Lopeteqi İngiltərə Premyer Liqasında yeni iş tapmağa ümid edir.
Apasport.az "Football Insider" məşrinə istinadla xəbər verir ki, Lopeteqi Premyer Liqa klubu "Vest Hem"də vəzifə almaqda maraqlıdır.
"Çəkiclər" Devid Moyeslə yollarını ayırmağı düşünür. 2024-cü ilin əvvəlindən "Vest Hem" Premyer Liqada keçirdiyi 6 matçın heç birində qalib gəlməyib.
Həmçinin yanvar ayında Moyesin komandası Bristol Sitiyə uduzaraq, İngiltərə Kubokundan kənarda qaldı. Xulen Lopeteqi mövsüm başlamazdan əvvəl "Qurdlar"ı tərk edib.
Qeyd edək ki, Roy Hocsona əvəzləyici axtarışında olan “Kristal Pelas” ispaniyalı ilə maraqlansa da, 57 yaşlı mütəxəssis bu yaxınlarda “qartallar”dan imtina edib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər