Lukakudan “Napoli” qərarı
30.03.2026 - 19:51
Lukakudan “Napoli” qərarı

Romelu Lukaku "Napoli" ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, o, komandanı tərk etmək niyyətindədir.

Futbolçu bu barədə klub rəhbərliyi ilə danışıb. O, mövsümün sonunda komandadan ayrılacağını bildirib.

Ciddi zədə səbəbindən uzun müddət meydana çıxa bilməyən hücumçu hazırda dünya çempionatında çıxış etməyi arzulayır.

Qeyd edək ki, o, bu mövsüm 7 matçda 1 qol vurub