"Vulverhempton"un hücumameyilli yarımmüdafiəçisi Pedro Neto İngiltərə Premyer Liqasının nəhənglərinin maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı futbolçu ilə "Mançester Siti" maraqlanır.
Daha əvvəl portuqaliyalıya iddialı olaraq “Tottenhem”, “Arsenal”, “Nyukasl” və “Liverpul” göstərilirdi.
Bir çox fərqli mövqelərdə oynamağı bacaran "Vulverhempton"un hücum lideri uğrunda mübarizədə "şəhərlilər"in əsas rəqibi "Liverpul"dur.
Təklif olunan transferin dəyəri 70 milyon avrodan çox ola bilər.
Qeyd edək ki, Pedro Neto bu mövsüm komandasının heyətində 23 oyunda 3 qol vurub və 11 məhsuldar ötürmə edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir