"Mançester Yunayted" 2 futbolçu üçün 100 milyon xərcləyəcək
29.02.2024 - 13:37
“Kristal Palas”ın 2 futbolçusu İngiltərənin digər klubu “Mançester Yunayted”ə keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkələrdə məlumat verib.
Mənbənin məlumatına görə, mankunian nəhəngi yarımmüdafiəçilər Maykl Olise və Ebereçi Eze ilə maraqlanır. Ümumilikdə, müqavilə “Yunayted”ə 100 milyon avroya başa gələcək.
Bu mövsüm Olise 11 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Eze də öz növbəsində "Kristal Palas"ın heyətində 20 matçda iştirak edib. Yarımmüdafiəçi 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0