“Mançester Yunayted” 40 milyona müdafiəçi ala bilər
24.04.2024 - 13:36

Bundesliqa təmsilçisi “Leypsik”in müdafiəçisi Kastello Lukeba karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az “Deadline Day Live”a istinadən xəbər verir ki, "Mançester Yunayted" fransız futbolçu ilə maraqlanır.
“Transfermarkt” portalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Müdafiəçinin hazırkı klubla müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Almaniya çempionatının bu mövsümündə Lukeba 28 matçda iştirak edib, 1 qol vurub.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0