"Mançester Yunayted" "Çelsi"nin hücumçusu ilə maraqlanır
31.05.2025 - 16:55
"Çelsi"nin hücumçusu Nikolas Cekson "Mançester Yunayted"in radarına düşüb.
Apasport.az xəbər verir ki, bu barədə "Football Transfers" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” Viktor Osimhen və ya Viktor Qyökereşin transferini başa çatdıra bilməyəcəyi təqdirdə 23 yaşlı seneqallı forvard alternativ variant kimi nəzərdən keçirilir.
Mankunianlılar artıq Cekson üçün təklif göndərib, lakin "Çelsi" yaxın vaxtlarda futbolçu ilə ayrılmağı planlaşdırmır.
Qeyd edək ki, Cekson bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0