"İnter"in müdafiəçisi Denzel Dumfris karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Mançester Yunayted” hollandiyalı futbolçunun xidmətində maraqlıdır.
Qeyd olunur ki, “İnter” futbolçusunun yüksək maliyyə tələblərinə görə onunla müqaviləni yeniləmək niyyətində deyil.
Dumfrisin "Mançester Yunayted"ə mümkün transferi 40 milyon avro olaraq qiymətləndirilir. Daha əvvəl müdafiəçinin xidmətində "Aston Villa" və "Bavariya"nın da maraqlı olduğu bildirilirdi .
Bu mövsüm 27 yaşlı Damfris "İnter"in heyətində 24 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı Hollandiya millisinin oyunçusunun dəyərini 30 milyon avro olaraq qiymətləndirib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər