“Mançester Yunayted”in Ronaldo planı
08.11.2022 - 17:12
“Mançester Yunayted” qış fasiləsində hücumçusu Kriştiano Ronaldo ilə yollarını ayırmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi portuqaliyalı superulduzun komandaya ziyan vurduğunu düşünür.
Bununla bağlı baş məşqçi Erik ten Haqla iclas keçirilib. Toplantıda bildirilib ki, 37 yaşlı forvard komanda daxilində ab-havanı pozur və onsuz daha güclü oynayarlar. Premyer Liqa təmsilçisi yeni hücumçu axtarışındadır.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonuna qədərdir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0