“Çelsi”nin sabiq baş məşqçisi Entso Mareska müqaviləyə vaxtından əvvəl xitam verildiyinə görə nəzərdə tutulan 14 milyon funt-sterlinqlik kompensasiyadan imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
İtaliyalı mütəxəssis klub rəhbərliyi ilə yaşadığı ciddi fikir ayrılıqlarına görə bu məsələ ilə bağlı danışıqlara belə getməyib.
Bildirilir ki, Mareska rəhbərliyin onun nüfuzunu sarsıtmasından son dərəcə narazı qalıb.
Xatırladaq ki, “Çelsi” yanvarın 1-də Entso Mareskanın baş məşqçi postundan uzaqlaşdırıldığını rəsmən açıqlamışdı. “Zadəganlar” onun rəhbərliyi altında UEFA Konfrans Liqasının və Klublararası Dünya Çempionatının qalibi olmuşdu.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA