
“Qalatasaray”ın hücumçusu Mauro İkardi səhər məşqindən əvvəl yerli mətbuata açıqlamalar verib.
Apasport.az xəbər verir ki, argentinalı forvard son vaxtlar adı “Fənərbaxça” ilə hallanan Kerem Aktürkoğlu məsələsinə münasibət bildirib:
“Yeni mövsümə başlayırıq. Ötən mövsüm Osimhenlə çox az matçda birlikdə çıxış etdik. Lakin bu mövsüm onunla daha çox oyunda bir yerdə olacağıma görə sevinirəm. İllər sonra kapitanlıq sarğısını Musleradan almaq böyük şərəfdir. Bu klubun kapitanı olacağım üçün çox xoşbəxtəm. Kerem haqqında çox şey deyə bilmərəm. Bu futboldur. ‘Qalatasaray’ üçün çox önəmli bir oyunçudur. Ona karyerasında uğurlar arzulayıram”.
32 yaşlı futbolçu zədəsinin bərpa prosesi barədə də danışıb: “Bir aydır ki, komanda ilə məşq edirəm. Klubla ilk oyunuma çıxıb, onlara dəstək olmaq istəyirəm. Bu il hədəflərimiz çoxdur. Yenidən çempion olmaq və bu tendensiyanın davam etməsini istəyirik”.