
PSJ ilə Kilian Mbappe arasındakı mübahisə yeni iddialarla davam edir.
Apasport.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu PSJ-ni mənəvi təqib və təhdid yolu ilə ona təzyiq göstərməkdə ittiham edib.
Hazırda “Real”da çıxış edən 26 yaşlı forvard mayda Paris klubuna qarşı rəsmi şikayət təqdim edib.
Mbappenin iddialarının əsasını 2023-cü ilin yayında baş verən hadisələr təşkil edir. Həmin vaxt o, PSJ rəhbərliyinə müqavilənin müddətini uzatmaq niyyətində olmadığını bildirdikdən sonra klub onu məşqlərdən kənarlaşdırmışdı. Mbappe bu addımı “mənəvi təzyiq” kimi qiymətləndirir.
Mbappe 2024-cü ilin yayında PSJ-dən ayrılaraq “Real”a azad agent kimi keçib.