Mbappe "Real Madrid"in 71 illik rekordunu yeniləyib
15.05.2025 - 08:15
Mbappe "Real Madrid"in 71 illik rekordunu yeniləyib

"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya klubundakı debüt mövsümündə La Liqada qolların sayına görə rekord qırıb.

Apasport.az xəbər verir ki, fransalı La Liqanın 36-cı turunda "Malyorka"ya qarşı matçda fərqlənib. 

Beləliklə o, La Liqanın cari mövsümündə qollarının sayını 28-ə çatdırıb.

Bundan öncə rekordun sahibi 1953/54 mövsümündə 27 dəfə toru silkələyən Alfredo Di Stefano idi.

Qeyd edək ki, Kilian Mbappe ötən yay azad agent kimi "kral klubu"na keçib.